Hatayda ZƏLZƏLƏ

Türkiyənin Hatay vilayətində yenidən zəlzələ qeydə alınıb.
Cebhe.info xəbər verir ki, bu barədə AFAD-ın rəsmi X səhifəsində məlumat yayılıb.
Bildirilib ki, vilayətin Samandağ rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 3.5 ballıq maqnituda ilə qiymətləndirilib.
Ocağı yerin 7 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.
Cebhe.info