Hindistanda yük və sərnişin qatarları toqquşub, ölənlər və xəsarət alanlar var

Hindistanda yük və sərnişin qatarları toqquşub, ölənlər və xəsarət alanlar var

Hindistanın Odişa əyalətinin Balasore şəhərində yük qatarı ilə sərnişin qatarı toqquşub, ölənlər və xəsarət alanlar var.

APA "express.co.uk"yə istinadən xəbər verir ki, sərnişin qatarının yük qatarı ilə toqquşması nəticəsində sərnişin ekspressinin 8 vaqonu relsdən çıxıb.

İlkin məlumata görə, hadisə nəticəsində ən azı 10 nəfər ölüb, 100 nəfər yaralanıb. Qəza Balasore şəhərindəki Bahanaga stansiyasının yaxınlığında baş verib.

Odişadakı Xüsusi Yardım Komissarlığının ofisindən verilən açıqlamada bildirilib ki, qruplar axtarış-xilasetmə əməliyyatı üçün hadisə yerinə yola düşüb.

Cebhe.info