İctimai Radionun da pulu kəsildi

ABŞ Prezidenti Donald Tramp Milli İctimai Radio (NPR) və İctimai Yayım Xidməti (PBS) kimi media qurumlarına "qərəzli" olduqlarını əsas gətirərək federal maliyyələşdirməni kəsən sərəncam imzalayıb.
"Cebheinfo.az" xəbər verir ki, Ağ Ev Trampın media fondları ilə bağlı imzaladığı sərəncamla bağlı açıqlama verib. NPR və PBS hər il İctimai Yayım Korporasiyasından (CPB) milyonlarla dollar alır və “qərəzli” olmaqda ittiham olunan bu təşkilatların federal maliyyələşdirilməsi qanunun icazə verdiyi maksimum dərəcədə dayandırılıb.
Bəyanatda deyilir ki, bütün federal qurumlar birbaşa və ya dolayısı ilə NPR və PBS-nin maliyyələşdirilməsini dayandırmağa və mövcud müqavilələri nəzərdən keçirməyə yönəldilib.
PBS-in baş direktoru Paula Kerger keçən ay bildirib ki, Trampın medianın maliyyələşdirilməsini azaltmaq səyləri PBS-nin Amerika ictimaiyyətinə təqdim etdiyi əsas xidmətləri pozacaq.
Martın 27-də ABŞ Konqresinin Nümayəndələr Palatasında keçirilən dinləmələrdə Respublikaçı Konqresmen Marjorie Taylor Greenelə ictimai yayımçı NPR və PBS rəhbərləri həmin qurumların sol-liberal yayımla məşğul olub-olmaması ilə bağlı mübahisə ediblər.
Nigar Hacılı
"Cebheinfo.az"