İki ölkəyə uçuş dayandırıldı
Livanda peycerlərə edilən kiberhücumdan sonra Almaniyanın Lufthansa aviaşirkəti diqqətçəkən qərar qəbul edib.
"Cebheinfo.az" xəbər verir ki, Lufthansa sentyabrın 19-dək İsrail və İrana uçuşları dayandırmaq qərarına gəlib.
Uçuşların dayandırılmasından sonra qərarın "Eurowings", "Swiss", "Austrian Airlines" və "Brussels Airlines" kimi Lufthansa ilə əlaqəli digər aviaşirkətlərə də təsir edəcəyi gözlənilir.
Ləman İsmayıl
"Cebheinfo.az"