İmamoğlu Cevizli kəndini ziyarət edib – VİDEO

İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu doğulduğu Trabzonun Cevizli kəndini ziyarət edib.
"Cebhe.info" xəbər verir ki, bələdiyyə rəhbərini kənddə həmyerliləri qarşılayıb.
O, həmyerlilərinin də istəyi ilə birlikdə Qaradəniz yallısı - horon oynayıb. Görüntülər izləyicilərin marağına səbəb olub.
Sosial şəbəkə istifadəçiləri "Rəqsdən anlamaram desə də, başçımız hər kəsdən gözəl oynayıb", - deyə şərhlər yazıb.
Naibə
"Cebhe.info"