İran hökuməti muzdluları öldürülən güneyli gəncin ailəsinə hücum etdi - VİDEO

İran hökuməti muzdluları öldürülən güneyli gəncin ailəsinə hücum etdi - VİDEO

Güney Azərbaycanın Qəzvin şəhərindən olan və etiraz aksiyalarında hökumət qüvvələri tərəfindən öldürülən Cavad Heydərinin ildönümündə repressiv qüvvələr onun ailəsinin evinə hücum edərək onları vəhşicəsinə döyüb.

Bu barədə “Azad İran” “Telegram” kanalında xəbər verilib.

Qətlə yetirilən etirazçının bacısı Fatimə Heydəri bu görüntüləri paylaşaraq yazıb:

“Ailəmin vəziyyəti belədir, qardaşımın ölümünün ildönümündə İran hökumətinin repressiv qüvvələri hələ də ailəmi girov götürüb və ərazidə internet kəsilib. Ailəmlə əlaqəm kəsilib. Ailəmin başına nə oyun açdıqlarını bilmirəm”.

Cebhe.info