İran regionda müharibə istəmir

“Bölgədə toqquşmaların davam etməsi üçün heç bir əsas yoxdur”.
Cebhe.info “Azad İran” – a istinadən xəbər verir ki, İran Xarici İşlər Naziriyinin sözçüsü Nasir Kənani Azərbaycan rəsmiləri ilə Qarabağın erməni icmasının nümayindələri arasında danışıqların başlanılmasına dair razılaşmaya belə münasibət bildirib.
Kənani bildirib ki, Tehran bundan sonra regionda hər hansı müharibənin şahidi olmayacağını ümid edir. Onun sözlərinə görə, İran regional ölkələrin ərazi bütövlüyünə hörmət edilməsini istəyir.
“İran İslam Respublikası region ölkələrinin ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə tam hörmət edilməsini istəyir və hesab edir ki, Qarabağ sakinlərinin hüquq və təhlükəsizliyi bu çərçivədə təmin edilməlidir”.
İranın XİN sözçüsü onu da əlavə edib ki, İran region ölkələrin iştirakı ilə daimi və davamlı sülh prosesinə kömək etməyə hazırdır:
“üçüncü tərəflərin regional məsələlərə cəlb edilməsi yalnız problemlərin daha da mürəkkəbləşməsinə gətirib çıxarır və nəticədə əldə olunan razılaşmaları təhlükə altına alır".
Yunis Abdullayev
Cebhe.info