İranla müharibə nə vaxt bitəcək? - Trampdan cavab gəldi

İranla müharibə nə vaxt bitəcək? - Trampdan cavab gəldi

ABŞ Prezidenti Donald Tramp İrana hücumların dayandırılması üçün dəqiq bir zaman qrafiki göstərməsə də, son qərarı özünün verəcəyini deyib.

“Cebheinfo.az”-ın məlumatına görə, Müctəba Xameneyi İranın yeni lideri seçildikdən dərhal sonra “The Times of Israel” qəzetinə verdiyi müsahibədə belə deyib. 

İrana hücumları dayandırmaq qərarını hər şeyi nəzərə alaraq doğru zamanda verəcəyini bildirən Tramp, “Son qərarı mən verəcəm. Amma Netanyahunun fikirlərini də nəzərə alacam”, - deyib.

Tramp fevralın 28-də hücumun İranın İsraili və ətrafındakıları məhv etmək istəyinə görə başladıldığını bildirib.

“Birlikdə çalışdıq və İsraili məhv etmək istəyən bir ölkəni məhv etdik”, - deyə əlavə edib.

ABŞ müharibəni bitirərsə, İsrailin hücumlarını bərpa edib-etməyəcəyi ilə bağlı suala Tramp “bunun lazım olacağını düşünmürəm”, - cavabını verib.

Müşfiq Abdulla 
“Cebheinfo.az”