İranlı diplomat: “Azərbaycanla Ermənistan arasında sülhün...”

İranın Azərbaycandakı keçmiş səfiri Mohsen Pakayin Araz çayı üzərindəki “Qız Qalası” hidroqovşağı ilə bağlı paylaşım edib.
“Cebhe.info” xəbər verir ki, diplomat bu barədə “X” platformasında fikirlərini yazıb:
““Qız Qalası” hidroqovşağının tikintisi Azərbaycanla Ermənistan arasında sülhün qorunmasında təsirli ola bilər. Arazın kənarında istənilən iqtisadi fəaliyyət Qafqazda sülh vəziyyətinin davamını gücləndirəcək və İranın şimalında sülhün yaradılmasına gətirib çıxaracaq. Bu da Azərbaycan və Ermənistanın marağındadır”.
Elmir
“Cebhe.info”