İranlı Ermənistandan 80 kq heroin gətirdi

İranlı Ermənistandan 80 kq heroin gətirdi

Gürcüstanda İran vətəndaşı saxlanılıb.

O, külli miqdarda narkotik vasitələrin əldə edilməsi və saxlanması ittihamı ilə həbs olunub.

Cebhe.info xəbər verir ki, hüquq-mühafizə orqanları Poti limanında 80 kq-a qədər heroin müsadirə ediblər. Narkotiklər yük maşınının anbarında aşkarlanıb.

“İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı olmaqla, Ermənistan və Gürcüstan vasitəsilə İrandan Avropaya külli miqdarda narkotik vasitə keçirmək niyyətində olub. O, bunu Gürcüstanın dəniz limanlarından biri vasitəsilə həyata keçirməyə cəhd edib, həmin vaxt saxlanılıb”, - deyə Daxili İşlər Nazirliyindən bildiriblər.

Saxlanılan şəxsi 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir.

Xəzər
Cebhe.info