İrəvanda görüş: “Deyildi ki, kəndlər sürətlə Azərbaycana veriləcək”

İrəvanda görüş: “Deyildi ki, kəndlər sürətlə Azərbaycana veriləcək”

Dünən İrəvanda Baş nazirlə görüşdə Tavuş kəndlərinin rəhbərlərinə bildirilib ki, kəndlər “Qazaxın kəndləri-red.) çox sürətlə Azərbaycana təhvil veriləcək. 

“Cebhe.info” xəbər verir ki, bunu aprelin 23-də jurnalistlərlə söhbətində Ermənistan Demokratik Konsolidasiya Partiyasının rəhbəri, politoloq Suren Petrosyan deyib.

“Onlar dedilər ki, təslim qaçılmazdır. Bu, qaçılmazlıq baxımından onların fikridir. 

Gözləyək və görək. Hakimiyyət hər kəsi bir faktla qarşı-qarşıya qoymağa çalışdı və bununla da insanlar təşkilatlanmaya və ya hərəkətə keçməyə vaxt itirdi, - Petrosyan bildirib.

Onun sözlərinə görə, kənd başçıları bununla razılaşmır və istefa verəcəklər. Artıq Kirants kəndinin administrasiyasının rəhbəri Kamo Şahinyan istefaya getməyə hazırlaşdığını bildirib. 

Xəzər
Cebhe.info