İşıq, su və qaz borcları məhkəməsiz yığılsın - TƏKLİF

İşıq, su və qaz borcları məhkəməsiz yığılsın - TƏKLİF

Rusiyada vətəndaşların mənzil xidmətlərindən (işıq, su və qaz) hesablarından yaranan borclarının məhkəmə qərarı olmadan tutulması təklif olunub.

"Cebheinfo.az" xəbər verir ki, “Vedomosti” qəzetinin xəbərinə görə, iyulun 22-də Dumaya təqdim edilən qanun layihəsində mənzil xidmətləri borclarının notariuslar vasitəsilə alınması nəzərdə tutulur.

Qanun qəbul olunarsa, mənzil borcuna görə, ev sahibi və ya istifadəsində olan şəxslərə notariat təsdiqi ilə icra sənədləri göndərilə bilər.

Qeyd edək ki, Rusiya vətəndaşlarının mənzil xidmətlərindən yaranan borcları ötən ilin sonunda 1,68 trilyon rubl olduğu halda, 2024-cü il aprelin 1-də bu rəqəm 1,77 trilyon rubla yüksəlib.

Qanun layihəsini hazırlayanlar qeyd ediblər ki, təkcə 2022-ci ildə mənzil xidmətləri borcunu ödəməyənlərə qarşı 25 milyon məhkəmə açılıb. 

Nigar Hacılı 
"Cebheinfo.az"