İsrail tankları Dəməşqin yaxınlığındadır

İsrail tankları Dəməşqin yaxınlığındadır

İsrail tankları Suriya ilə sərhəddəki bufer zonasından kənara çıxıb və Dəməşqdən təxminən 20 km aralıda dayanıb.

 

Yenisabah.az “Al Mayadeen”-ə istinadla xəbər verir ki, zirehli texnika Suriya paytaxtından 21 km aralıda yerləşən cənubdakı Katana kəndi yaxınlığında yerləşdirilib.

İsrail ordusu (IDF) bu məlumatı hələ şərh etməyib.

Dekabrın 8-i səhər saatlarında İsrail ordusu Suriya ilə sərhəddəki bufer zonaya öz qüvvələrini yerləşdirdiyini elan edib. 

"Cebheinfo.az"