İsrail və BƏƏ bu məsələdə razılığa GƏLDİ

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Qəzza zolağına humanitar yardımın çatdırılmasına başlamaq üçün İsraillə razılığa gəldiyini açıqlayıb.
“Cebheinfo.az” “WAM” xəbər agentliyinə istinadən xəbər verir ki, BƏƏ Baş nazirinin müavini və xarici işlər naziri Abdulla bin Zayed Əl Nəhyan İsrailin xarici işlər naziri Gideon Saar ilə telefon danışığı aparıb.
Telefon danışığı zamanı Qəzza zolağında təxminən 15 000 mülki şəxsin ərzaq ehtiyaclarını ödəmək üçün BƏƏ-dən təcili humanitar yardımın çatdırılmasına başlamaq barədə razılıq əldə olunub.
Tərəflər həmçinin, yeni atəşkəs razılaşmasının əldə edilməsi, atəşkəsin qorunması və məhbusların azad edilməsi üçün regional və beynəlxalq səyləri müzakirə ediblər.
Müqavilə həmçinin, Qəzza zolağında çörəkbişirmə müəssisələrinin fəaliyyəti üçün əsas materialların, eləcə də uşaqların əsas ehtiyaclarının təmin edilməsini və mülki əhalinin ehtiyaclarını ödəmək üçün bu materialların davamlı şəkildə təmin edilməsini ehtiva edir.
Telefon danışığı zamanı Bin Zayed Qəzza zolağında Fələstin xalqına humanitar və tibbi yardımın təcili, intensiv, təhlükəsiz və heç bir maneə olmadan çatdırılmasının vacibliyini vurğulayıb.
Birləşmiş Millətlər Təşkilatı (BMT) dünən 11 həftədir Qəzza zolağına humanitar yardım embarqosu tətbiq edən İsrailin 93 yük maşınının ölkəyə girişinə icazə verdiyini açıqlamasına baxmayaraq, fələstinlilərə heç bir yardımın çatdırılmadığını açıqlayıb.
Yardım maşınlarının Fələstin tərəfinə keçməsinə baxmayaraq paylana bilmədiyi bildirilən açıqlamada, Qəzzaya daxil olan yardım maşınlarının heç birinin İsrailin embarqosu səbəbiylə humanitar böhrana sürüklənən fələstinlilərə yol, logistika və təhlükəsizlik problemləri səbəbiylə çata bilmədiyi bildirilib.
Beynəlxalq təşkilatlar xəbərdarlıq edir ki, aclıqdan əziyyət çəkən Qəzzaya icazə verilən humanitar yardımın miqdarı lazım olandan çox azdır.
İsrail martın 2-dən humanitar embarqo tətbiq etdiyi Qəzza zolağında "aclığın qarşısını almaq üçün əsas miqdarda qidanın keçməsinə icazə verəcəyini" açıqlayıb.
İsrailin dövlət televiziyası KAN, Qəzzaya humanitar yardımın dərhal başlanması qərarının Təl-Əvivə, xüsusilə də ABŞ və Avropa ölkələrinin göstərdiyi siyasi təzyiqlərə görə verildiyini bildirib.
Nigar Hacılı
"Cebheinfo.az"