İsrail XİN başçısı ilə ABŞ dövlət katibi arasında telefon danışığı olub

İsrail XİN başçısı ilə ABŞ dövlət katibi arasında telefon danışığı olub

İsrailin xarici işlər naziri Eli Kohenlə ABŞ-ın dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.

Cebhe.info xəbər verir ki, bunu E.Kohen tviterdə yazıb.

O bildirib ki, İsrail vətəndaşlarının ABŞ-a vizasız səfəri məsələsini müzakirə ediblər.

“ABŞ ilə münasibətlər bizim xarici siyasətimizin əsas istiqamətlərindən biridir. Biz dostlarımızla dialoqu genişləndirmək üçün çalışacağıq”, - İsrailin XİN başçısı vurğulayıb.

Qeyd edək ki, daha əvvəl İsrailin Baş naziri Benyamin Netenyahu bildirmişdi ki, İsrail vətəndaşlarının ABŞ-a səfəri üçün bütün qanuni tələblər yerinə yetirilib.

Cebhe.info