İsraildə məktəb avtobusu aşdı: 33 yaralı var

İsraildə məktəb avtobusu aşdı: 33 yaralı var

Qüdsün qərbindəki Beyt-Şemeş şəhəri yaxınlığında avtobusun aşması nəticəsində azı 33 nəfər yaralanıb.

Məlumata görə, avtobusda olan sərnişinlər 8 yaşdan 12 yaşa qədər 50 uşaqdan ibarət olub.

Onlara tibbi yardım göstərilib və bəziləri xəstəxanaya yerləşdirilib. Bildirilir ki, iki uşağın vəziyyəti ağırdır.

Cebhe.info