İsveç Rusiyanı ölkənin hava məkanını pozmaqda ittiham edib

İsveç Rusiyanı ölkənin hava məkanını pozmaqda ittiham edib

İsveç Silahlı Qüvvələri Rusiya təyyarəsinin ölkənin hava məkanını pozduğunu bildirib.

“Report” xəbər verir ki, bu barədə “Expressen” qəzeti məlumat yayıb.

Bildirilib ki, Rusiya təyyarəsi Qotland adasının şərqinə doğru uçurdu. İsveç hava komandanlığının çağırışlarına baxmayaraq, təyyarə marşrutundan yayınıb.

Qeyd edilib ki, Rusiya təyyarəsi İsveç hava məkanında qısa müddət ərzində qalıb.

"Cebhe.info"