İzmirdə 4.5 ballıq zəlzələ

İzmirdə 4.5 ballıq zəlzələ

Türkiyənin İzmir vilayətində yenidən zəlzələ qeydə alınıb.

Bu barədə AFAD-ın rəsmi X səhifəsində məlumat yayılıb.

Bildirilib ki, vilayətin Seferihisar rayonunda baş verən yeraltı təkan Rixter şkalası üzrə 4.5 ballıq maqnituda ilə qiymətləndirilib.

Ocağı yerin 7 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.

"Cebhe.info"