Kadırov Rusiya hakimiyyətində "çeçen klanı"nı gücləndirməyə çalışır

Kadırov Rusiya hakimiyyətində "çeçen klanı"nı gücləndirməyə çalışır

Xəstəliyi ilə bağlı yeni söz-söhbətlərə baxmayaraq, Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Rusiyanın federal hakimiyyətində “çeçen klanı”nı maksimum dərəcədə gücləndirmək istəyir.

Modern.az-ın məlumatına görə, bu barədə Rusiyanın "Brief" kanalı mənbələrə istinadən yazıb.

Qeyd olunur ki, Çeçenistan lideri və tərəfdaşları respublikadan bir sıra şəxslərin “kifayət qədər yüksək vəzifələrə” təyin olunması ilə bağlı intensiv danışıqlar aparır.

“Kadırov ümid edir ki, Rusiya Federasiyası Nazirlər Kabinetinin yeni tərkibində Çeçenistandan gələn ən azı 1 nazir, həmçinin 4-5 nazir müavini olacaq. Təhlükəsizlik orqanlarında isə o, yoldaşlarının bir sıra vəzifələrə təyinatına nail olmağı gözləyir”, - deyə mənbələr bildirir.

Xatırladaq ki, aprelin 17-də Vladimir Putin Çeçenistan xüsusi təyinatlılarının komandiri “Axmat” Alaudinovu Rusiya Müdafiə Nazirliyinin Hərbi-Siyasi İşlər üzrə Baş İdarəsinin rəis müavini vəzifəsinə təyin edib.

"Cebhe.info"