Keçmiş prezidentin həbsinə order verilib

Boliviya prokurorluğu keçmiş prezident Evo Moralesin "insan alveri" ittihamı ilə ifadə verməsi üçün həbsə order verildiyini açıqlayıb.
"Cebheinfo.az" xəbər verir ki, Boliviya mətbuatında çıxan xəbərə görə, Moralesin “insan alveri” işi üzrə ifadə verməsi üçün prokurorluq tərəfindən həbs qərarı çıxarılıb.
Prokuror Sandra Qutierrez verdiyi açıqlamada Moralesin 2006-2019-cu illər arasında prezident olduğu dövrdə "insan alveri" ilə məşğul olduğu iddiası ilə həbs qərarı verildiyini bildirib və deyib:
"Morales və istintaq altında olan digər şəxslər lazımi qaydada məlumatlandırılıb. Heç kimin müdafiə haqqı pozulmur, hər şey şəffaf və qanun çərçivəsində həyata keçirilir".
Bir müddətdir Boliviya Prezidenti Luis Arce hökuməti ilə gərginlik yaşayan keçmiş prezident Morales açıqlamasında ona qarşı "siyasi bir zülm" edildiyini bildirib.
Qeyd edək ki, daha əvvəl iki dəfə ifadə verməyə çağırılan Morales müxtəlif bəhanələr gətirərək prokurorluğun çağırışını cavabsız qoymuşdu.

Nigar Hacılı
"Cebheinfo.az"