Keşiş taktikanı dəyişib

Sentyabrın əvvəlində İrəvanda böyük mitinq olacaq.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə bu gün, iyulun 21-də Qeqarkunik rayonunun Noratus kəndində “Vətən uğrunda Tavuş” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan məlumat verib.
O,“Taktikamız dəyişib, sentyabra kimi hərəkata qəbul dövrü var, sentyabrın əvvəlində isə böyük mitinq olacaq. Bu mübarizə ancaq mən və hər birimiz öləndə bitəcək”,- deyib.
Arxiyepiskop onu da qeyd edib ki, bütün problemlər bu gün Ermənistanda hökumətin olmaması ilə bağlıdır.
Xəzər
“Cebheinfo.az”