Kılıçdaroğlu CHP-yə qayıtmaq üçün hərəkətə keçdi

Kılıçdaroğlu CHP-yə qayıtmaq üçün hərəkətə keçdi

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq sədri Kamal Kılıçdaroğlu ilə bağlı sürpriz iddialar yayılır. 

“Cebhe.info” xəbər verir ki, onun yenidən CHP sədri olmaq üçün çalışdığı önə sürülür. Kılıçdaroğlunun son olaraq Trabzon və Qaziantepə getməsi də diqqət çəkib.

Onun sözügedən səfərlərində özünə yaxın partiya üzvləri ilə görüşərək partiyasında qurultayın keçirilməsinə çalışdığı deyilir. Plan baş tutarsa, sentyabr ayında CHP-də sədr seçkisi ilə bağlı qurultay keçirilə bilər. Belə ki, Kamal Kılıçdaroğlu 1368 üzvdən 274-nün dəstəyini alarsa, seçkinin keçirilməsinə nail olacaq. Sabiq sədrə yaxın şəxslər də onun qurultayda yenidən seçilə biləcəyini düşünürlər. 

Elmir Mustafa 
“Cebhe.info”