Kılıçdaroğlu səs verdi:Hamıya təşəkkür etdi

Kılıçdaroğlu səs verdi:Hamıya təşəkkür etdi

"Millət İttifaqı"nın prezidentliyə namizədi Kamal Kılıçdaroğlu səsvermədə iştirak edib.

Cebhe.info xəbər verir ki, Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri həyat yoldaşı Selvi Kılıçdaroğlu ilə birgə səs verib.

Kılıçdaroğlu səsvermədən sonra mətbuata açıqlamasında səsvermədə iştirak edən vətəndaşlara təşəkkür edərək, bundan sonra ölkəsinin hüzur içində olacağını deyib.

Xatırladaq ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50 %-dən çox səs toplamadığı üçün bu gün səsvermənin ikinci turu keçirilir. İlk turda mübarizə aparan üç namizədlərdən Rəcəb Tayyib Ərdoğan 49,51 %, Kamal Kılıçtaroğlu 44,88 %, Sinan Oğan isə 5,7 % səs toplayıb.

Günay Şahmar
Cebhe.info