KİV: ABŞ və Cənubi Afrika prezidentlərinin görüşü növbəti üç ayda baş tutacaq

KİV: ABŞ və Cənubi Afrika prezidentlərinin görüşü növbəti üç ayda baş tutacaq

ABŞ Prezidenti Donald Tramp və cənubi afrikalı həmkarı Siril Ramafoza arasında bu həftə telefon danışığı zamanı razılaşdıqları görüş yaxın üç ay ərzində baş tutacaq.

Bu barədə yerli "Sunday Times" nəşri məlumat yayıb. Qeyd olunub ki, hələ konkret tarix müəyyənləşməyib.

Nəşrin məlumatına görə, görüşün ən çox ehtimal olunan vaxtı iyunun ikinci yarısıdır. Məkan ABŞ – Afrika biznes sammitinin keçiriləcəyi Anqolanın paytaxtı Luandadır.

Cənubi Afrika Prezidentinin sözçüsü Vinsent Maqvenya söyləyib ki, Vaşinqton və Pretoriya ikitərəfli münasibətləri bərpa etmək üçün görüş keçirmək barədə razılığa gəliblər: “Şəxsi müstəvidə iki prezident arasında səmimi və mehriban münasibət olub”.

O vurğulayıb ki, iki ölkə arasında münasibətlərin normallaşması üçün ümumi istək var. Maqvenya Cənubi Afrikanın Ticarət, Sənaye və Rəqabət Departamentinin ABŞ ilə ticarət razılaşması üçün Cənubi Afrika hökumətinin qarşılıqlı faydalı olacağına inandığı bir təklif hazırladığını söyləyib.

Xatırladaq ki, iki lider arasında telefon danışığı aprelin 23-də baş tutub. Söhbət zamanı prezidentlər Cənubi Afrika Respublikası ilə ABŞ arasında yaxşı münasibətlərin gücləndirilməsinin vacibliyini bildiriblər.

"Cebheinfo.az"