KİV: Hindistan-Pakistan sərhədində atışma baş verib

KİV: Hindistan-Pakistan sərhədində atışma baş verib

Pakistan hərbçiləri şənbə günündən bazar gününə keçən gecə Hindistanın Cammu və Kəşmirdəki nəzarət xəttini atəşə tutub.

Bu barədə Hindistanın “Press Trust India” (PTI) agentliyi mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, sərhəddə atışma Tutmari Qali və Rampur rayonlarında qeydə alınıb. Mənbələrin bildirdiyinə görə, Hindistan ordusunun şəxsi heyəti atıcı silahlardan cavab verib.

Ölən və yaralananlar barədə məlumat verilmir.

PTI qeyd edib ki, Hindistan-Pakistan sərhədində atəşkəs razılaşması Cammu və Kəşmirdə Pahalqam terror aktından sonra üçüncü dəfədir ki pozulur.

“Cebheinfo.az”