Koronavirusun yeni variantına yoluxma başladı

Rusiyada koronavirusunun yeni variantı FLiRT müəyyən edilib.
“Cebhe.info” “RİA Novosti”-yə istinaədn xəbəverir ki, bunu “Rospotrebnadzor” bildirib.
İdarənin mətbuat xidmətinə istinadən xəbər verir ki, monitorinq zamanı 178 yeni FLiRT variantı aşkar edilib. Eyni zamanda, monitorinq hətta tək yeni genovariantları müəyyən etməyə imkan verir ki, onların hamısı xəstəliyin digər növlərindən daha böyük təhlükə yaratmır.
Eləcə də Rusiyada dominant ştamm bütün dünyada “omikron” olaraq qalır.
FLiRT simptomları “omikron” simptomlarına bənzəyir - hərarət, öskürək, boğaz ağrısı, zəiflik, baş ağrısı, əzələ ağrısı, dad və ya qoxu itkisi.
Xəzər
“Cebhe.info”