Qasırğa 5 nəfəri öldürdü

Krımı vuran qasırğada 5 nəfər ölüb, 12 nəfər yaralanıb.
Bu barədə ilhaq edilmiş Krımın “regional prezidenti” Sergey Aksyonov teleqram kanalında verdiyi açıqlamada deyib.
Cebhe.info xəbər verir ki, o, "Bu gün Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkovun sədrliyi ilə fövqəladə halların qarşısının alınması və aradan qaldırılması və yanğın təhlükəsizliyinin təmin edilməsi üzrə hökumət komissiyasının fövqəladə iclasında təhlükəli meteoroloji şəraitdən sonra gedən proses haqqında məlumat verdim. Təbii fəlakət nəticəsində 12 nəfər yaralanıb.
Təəssüf ki, beş nəfər də həyatını itirib" deyib. Xatırladaq ki, noyabrın 27-nə keçən gecə və səhər Rusiyanın Qara dəniz sahillərini silkələyən qasırğa böyük daşqınlara səbəb olub. Zərər çəkmiş bölgələr arasında Krım, Sevastopol, Krasnodar, Stavropol və Rostov, Donetsk və Luqansk, Xerson və Zaporojye vilayətləri var. Hava hadisəsi evlərə ziyan vurub, elektrik enerjisi kəsilib, nəqliyyatda problemlər yaranıb.
Nigar Hacılı
Cebhe.info