Latviyada Putinin tərəfdarı həbs edilib

Latviyada bir qadın evinin pəncərəsinə “Putin mənim dostumdur” yazılmış Rusiya bayrağını asdığı üçün 3 il həbs cəzasına məhkum edilib.
"Cebhe.info" xəbər verir ki, Riqa Şəhər Məhkəməsi fəal Yelena Kreileni evinin pəncərələrindən rusiyapərəst bayraqlar asaraq Rusiyaya dəstək verdiyinə görə cəzalandırıb.
Təqsirləndirilən şəxs Putinlə bayrağa görə "təcavüzü açıq şəkildə tərifləmək və bəraət qazandırmaq"da təqsirli bilinib. Yelena Kreile günahını etiraf etməyib.
Latviyanın “Jauns” agentliyinin məlumatına görə, Elena Kreile 2023-cü il martın 7-dən iyunun 15-dək evinin pəncərələrində rusiyayönlü bayraqlar asıb.
Pəncərələrdə həmçinin Rusiya bayrağının rənglərində lentlər, üzərində Rusiyanın dövlət gerbi olan qırmızı plakat və üzərində “Rusiya Daxili İşlər Nazirliyi” yazılmış oraq-çəkicli geyimli qadının fotoşəkili də vardı.
Latviya mətbuatının yazdığına görə, Elena Kreile Rusiyanın Ukraynadakı hərəkətlərinə dəstəyini müntəzəm olaraq geyimi ilə də açıq şəkildə ifadə edib.
Eyni ittihamlarla müttəhim 2023-cü ilin payızında həbs cəzasına məhkum edilsə də, cəzası təxirə salınmışdı.
Nigar Hacılı
"Cebhe.info"