Livandan 420 min insan Suriyaya qaçıb
Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Departamentinin sözçüsü Ravina Şamdasani İsrailin hücumuna məruz qalan Livandan Suriyaya 420 min insanın köç etdiyini açıqlayıb.
“Cebheinfo.az” xəbər verir ki, bu insanların 310 mindən çoxunun suriyalı olduğu məlum olub.
Livan, Qəzza, İsrail və Suriyada mülki əhalinin vəziyyətinin gündən-günə pisləşdiyini bildirən Şamdasani, ölkə daxilində yüzlərlə insanın həyatını itirdiyini, 1 milyondan çox insanın evlərini tərk etdiyini deyib.
Müşfiq Abdulla
“Cebheinfo.az”