Livandan İsrailə onlarla mərmi atılıb

Livandan İsrailə onlarla mərmi atılıb

"Hizbullah" radikal qruplaşması Livan ərazisindən İsrailə 100-ə yaxın mərmi atıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə İsrailin Müdafiə Ordusu məlumat yayıb.

"Şənbə günü “Hizbullah” Livandan İsrailə təxminən 100 mərmi atıb", - Ordunun Mətbuat xidmətindən bildirilib.

"İsrail Ordusu dövləti və xalqı “Hizbullah” terror təşkilatının yaratdığı təhlükədən qorumağa davam edəcək", - İsrail hərbçiləri əlavə ediblər.

Xatırladaq ki, ötən il oktyabrın 7-də HƏMAS İsrailin nəzarətində olan ərazilərə hücum edib. Nəticədə aralarında qocalar, qadınlar, uşaqlar da olmaqla 200-dən çox insan girov götürülüb. Buna cavab olaraq İsrail Ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb. Əvvəllər dəfələrlə Qəzzada atəşkəslə bağlı danışıqların dalana dirəndiyi barədə məlumatlar yayılıb. Eyni zamanda, ABŞ, Qətər və Misirin Qəzzada İsrail və HƏMAS üçün yeni atəşkəs təklifinin formalaşdırılması üzərində çalışdığı bildirilib. Lakin bu səylər indiyədək heç bir ciddi dəyişikliyə səbəb olmayıb.

"Cebheinfo.az"