Lukaşenko ilə şəkil çəkdirmək istəmədilər

Lukaşenko ilə şəkil çəkdirmək istəmədilər

Litva, Latviya və Polşa prezidentləri Gitanas Nauseda, Edqars Rinkeviçs və Anjey Duda Dubayda keçirilən BMT-nin İqlim Dəyişikliyi Konfransında (COP-28) Belarus prezidenti Aleksandr Lukaşenko ilə birgə şəkil çəkdirməkdən imtina ediblər.

Modern.az xəbər verir ki, bu barədə "Delfi" nəşri və BNS agentliyi məlumat yayıb.

“Bu, ailə şəkli deyilən bir şəkildir. Lukaşenko bizim aid olmaq istədiyimiz ailənin üzvü deyil”, – Gitanas Nausėda deyib 

Litva prezidenti Rusiyanın Ukraynaya təcavüzü üçün tramplin rolunu oynayan ölkənin rəhbəri ilə çiyin-çiyinə dayanıb gələcək və iqlim dəyişikliyini heç nə olmamış kimi müzakirə etməyi ikiüzlülük hesab edir.

Cebhe.info