Macarıstan və Slovakiya AK ilə məsləhətləşmələrə başlayıb

Macarıstan və Slovakiya Ukraynadan neftin nəqlinin dayandırılması səbəbindən Avropa Komissiyası (AK) ilə məsləhətləşmələrə başlayıb.
Bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.
Onun sözlərinə görə, Ukraynanın Macarıstandan elektrik enerjisi idxal etdiyini nəzərə alsaq, neft tranzitinin dayandırılması düşməncəsinə verilmiş qərardır.
O, həmçinin qeyd edib ki, Macarıstan və Slovakiya Ukrayna ərazisindən neft tranzitinin dayandırılması ilə bağlı məsələnin tezliklə həll oluna bilməyəcəyi təqdirdə, onun “hüquqi həlləri” üzərində işləyir.
"Cebheinfo.az"