Mansur Yavaşdan Azərbaycana təbrik

Mansur Yavaşdan Azərbaycana təbrik

Ankara böyükşəhər bələdiyyəsinin sədri Mansur Yavaş Azərbaycanı 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib.

Cebhe.info xəbər verir ki, sədr bu barədə "Twitter" hesabında paylaşım edib.

Mansur Yavaş təbrik paylaşımında Azərbaycanla dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsini arzulayıb:

"Azərbaycanın Cümhuriyyət Gününü ruh yüksəkliyi ilə təbrik edir, Azərbaycan xalqının müstəqillik mübarizəsini və əldə etdiyi nailiyyətləri qürurla salamlayıram. Arzu edirəm ki, qardaş ölkəmizlə dostluq və həmrəylik əlaqələrimiz daha da möhkəmlənsin".

Günay Şahmar
Cebhe.info