Torpaqlarımızın Xilaskarı nəyi, nə zaman edəcəyini bilir...

Torpaqlarımızın Xilaskarı nəyi, nə zaman edəcəyini bilir...

Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli, Qızılhacılı kəndləri mayın 15-dək Azərbaycanın nəzarəti altına keçəcək...

Növbəti mərhələdə digər 4 kənd...

Müstəqil olsaq da, aprel gələndə 28 apreli kədərlə anırdıq. 28 aprel Azərbaycanın müstəqilliyinə son qoyan gün kimi içimizin nisgili idi. 

2020-ci ilin noyabrında Rusiya sülhməramlıları Qarabağa gələndə  28 aprel kədərini xatırlayanlar da oldu. O xatırlayanları da qınamırdıq. Göz gördüyündən qorxar deyiblər...Rusiyanı ancaq bu timsalda görmüşdük...

Amma 44 günə bu xalqı işğal edilən torpaqlarına qovuşduran Ali Baş Komandana böyük çoxluq inanırdı. İnanırdı ki, Azərbaycanın bir daha hansısa formada bir ovuc torpaq belə itirməsinə O imkan verməyəcək. 

Bu xalq inamında yanılmadı...

Elə aprel ayında da Rusiya sülhməramlıları Azərbaycanı tərk etdi...

İndi də 4 kənd qaytarıldı...

Ermənistan Qazaxın 4 kəndini geri qaytardı...

Ali Baş Komandana inanmaqda davam edin! 

Torpaqlarımızın Xilaskarı nəyi, nə zaman edəcəyini bilir...

“Cebhe.info”