Ermənistan mediası ilə bağlı HESABAT

Ermənistan mediası ilə bağlı HESABAT

2023-cü ildə Ermənistanda media siyasi cəhətdən qütbləşib və medianın maliyyə imkanları mətbuat azadlığına əngəl olaraq qalıb.

"Cebhe.info" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin “İnsan Haqları Təcrübələri üzrə 2023 Ölkə Hesabatları: Ermənistan” adlı illik hesabatında deyilir.

Keçmiş hakimiyyət və ya parlamentdəki müxalifət partiyaları ilə əlaqəli olduğu iddia edilən şəxslər və ya qruplar bir çox yayım mediasında və qəzetlərdə pay sahibi olmaqda davam edirdilər. Bu da nəşr sahiblərinin siyasi baxışlarını və maliyyə maraqlarını əks etdirir. İl boyu dövlət qurumları qütbləşməni artıraraq mediaya maliyyə investisiyalarını artırıb. Siyasi donorların maliyyə dəstəyindən asılı olmayan bir neçə müstəqil media orqanı qalıb. Bunun əvəzinə onlar reklamdan və abunə haqlarından əldə edilən məhdud gəlirə görə beynəlxalq donorların dəstəyinə arxalanıblar”, - Dövlət Departamentinin hesabatında deyilir.

ABŞ-nin Xarici Siyasət Sorğusunda qeyd edildiyi kimi, İctimai Televiziya da daxil olmaqla, yayım mediası əhalinin əksəriyyəti üçün əsas xəbər və məlumat mənbələrindən biri olaraq qalıb.

Sənəddə vurğulanır: “Bəzi media müşahidəçilərinin fikrincə, İctimai Televiziya müxalifətin səsləri üçün əlçatan olsa da, xəbərləri və siyasi debatları hökumətyönlü mövqedən nümayiş etdirməyə davam edib”.

Həmçinin qeyd olunur ki, hesabat dövründə sosial şəbəkə istifadəçiləri müxtəlif sosial şəbəkə platformalarında hakimiyyət və keçmiş hökumət strukturları haqqında öz fikirlərini sərbəst şəkildə ifadə ediblər:

“Siyasi mənsubiyyət gender kimliyi və gender bərabərliyi məsələlərinə əsaslanan kiberzorakılıq, o cümlədən jurnalistlərə qarşı özünüsenzuraya gətirib çıxarıb”.

Xəzər

"Cebhe.info"