“Titanik” filminin kapitanı vəfat etdi

“Titanik” filminin kapitanı vəfat etdi

Britaniyalı aktyor Bernard Hill 80 yaşında vəfat edib.

“Cebhe.info” xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb. Məlumatı sənətçinin agenti Lou Coulson təsdiqləyib. Hill mayın 5-də səhər saatlarında dünyasını dəyişib. Ölümün səbəbi göstərilmir.

Aktyordan 82 yaşlı həyat yoldaşı, amerikalı aktrisa Marianne Hill və oğlu Qabriel ölümü təsdiq edib.

Hill 1944-cü ildə Mançesterdə anadan olub və Mançester Politexnik Dram Məktəbini bitirib. O, bir çox filmlərdə oynayıb, lakin geniş ictimaiyyət Ceyms Kemeronun “Titanik” filmindəki kapitan və Peter Ceksonun “Üzüklərin əfəndisi” trilogiyasında Kral Teoden rolları ilə yadda qalıb.

Xəzər

“Cebhe.info”