Meksikada helikopter qəzaya uğrayıb

Meksikada helikopter qəzaya uğrayıb

Meksikada mülkü helikopterin qəzaya uğraması nəticəsində pilot da daxil olmaqla 3 nəfər ölüb.

"Cebhe.info" xəbər verir ki, helikopter paytaxt Mexiko şəhərinin Koyoakan bölgəsində qəzaya uğrayıb.

Hadisə zamanı 3 nəfər həyatını itirərkən, əraziyə axtarış-xilasetmə qrupları sövq edilib.

Şahidlərin sözlərinə görə, pilot helikopterin bazar meydanına çırpılmasının qarşısını almaq üçün son anda manevr edib.

Qəzanın səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.

Nigar Hacılı 
"Cebhe.info"