Məşhur aktrisa yeni serialda

Məşhur aktrisa yeni serialda

Türkiyəli məşhur aktrisa Ayça Ayşinin yeni layihəsi bəlli olub.

“Cebheinfo.az” xəbər verir ki, o, “Rüzgarlı Pazar” serialında çəkiləcək.

Sevilən aktrisa ekran işinin baş rolu olan “Nimet” obrazına həyat verəcək. Sözügedən layihə “Tabii” platformasında yayımlanacaq. Onun tərəf müqabili isə “Ateş” obrazını canlandıracaq məşhur aktyor İsmail Hacıoğlu olacaq.

Qeyd edək ki, 32 yaşlı aktrisa karyerası ərzində “Dinle Sevgili”, “Karagül”, “Meryem”, “Zemheri”, “Arıza”, “Ada Masalı” kimi seriallarda rol alıb. 

Aslan
“Cebheinfo.az”