Məşhur professordan şok zəlzələ açıqlaması: "Daha böyük..."

Məşhur professordan şok zəlzələ açıqlaması: "Daha böyük..."

Son günlər alimlər Türkiyədə baş verən zəlzələnin digər ərazilərə necə təsir edəcəyi ilə bağlı müxtəlif fikirlərlə çıxış edərək, növbəti təhlükələrin də olduğunu bildirirlər.

Cebhe.info xəbər verir ki, 6 fevralda mərkəzi Kahramanmaraş olmaqla 7,7 və 7,6, 20 fevralda Hatayın Defne qəsəbəsində 6,4 bal, Samandağda 5,8 bal gücündə olan zəlzələlərin ardınca Orta Anadolu istiqamətində hərəkətlilik artıb.

Konya Texniki Universitetinin Geologiya Mühəndisliyi kafedrasının müdiri, professor Fetullah Arık Kayseri və Niğdədəki zəlzələlərin enerji transferi nəticəsində baş verdiyini bildirib:

"Kahramanmaraş mərkəzli zəlzələ olmasaydı Ərəb levhasının (yer qabığının bir parçası) şimala doğru hərəkəti zamanı Anadolu levhası, Şərqi Anadolu fay zonası boyunca ildə təxminən 10-11 millimetr Aralıq dənizinə doğru irəliləyirdi.

Həmçinin Şimali Anadolu fay zonası boyunca da 20-21 millimetrə qədər bir hərəkətdən də söhbət gedir. Ancaq 6 fevral Kahramanmaraş zəlzələsi və Hatay Samandağ və Defne zəlzələləri olduqdan sonra Anadolu ilə bağlı ciddi bir şəkildə yer dəyişdirdi.

Həm cənuba, həm də qərbə doğru hərəkət etdi. Bu hərəkətlənmə nəticəsində tranferlə qitə daxilində müstəqil fayları tətiklədi. Beləliklə, Orta Anadolu fay zonası üzərindəki Kayseri, Erciyes, Niğde kimi bölgə daxilində daha kiçik zəlzələri görməyə başladıq.

Bu fayların daha öncədən nə qədər böyüklükdə zəlzələ yaratdılğı ilə bağlı konkret məlumatlar olmadığı üçün daha böyük bir zəlzələ yaradacağı barədə təxmin etmək çətindir".

Duz Gölü fay zonasının yarada biləcəyi zəlzələnin böyüklüyünün 6,5 baldan yüksək olacağını deyən Arık bunları deyib:

"Duz Gölü fay zonası Ankaranın cənubundan başlayıb Niğdəyə qədər davam edən bir faydır və Gölün şimalşərq kənarını təşkil edir. Duz Gölü fay zonasının uzunluğuna görə müyqayisə apardıqda yarada biləcəyi zəlzələnin 6,5 baldan daha böyük olduğunu söyləmək olar.

Ancaq orada son 3 zəlzələnin nə zaman olduğu qeyri-müəyyən olduğu üçün zəlzələnin dövrü ilə bağlı konkret məlumat əlimizdə yoxdur. Dəqiq araşdımalar aparılıb ona uyğun dövrünü söyləmək lazımdır".

Nigar
Cebhe.info