Mexikoda leysan yağış 5 nəfərin həyatına son qoyub

Meksikanın paytaxtı Mexikoda şiddətli yağış sel əmələ gətirib.
APA xarici KİV-ə istinadən xəbər verir ki, fırtına ilə müşahidə edilən yağış bir sıra fəsadlara yol açıb.
Təbiət hadisəsi 5 nəfərin həyatına son qoyub.
Hidrometeroloqlar narıncı hava xəbərdarlığı elan ediblər.
Bəzi ərazilərdə torpaq sürüşməsi də baş verib.
Ölənlərdən ikisi torpaq altında qalıb.
Alvaro Obregon bölgəsində 52-dən çox binaya ziyan dəyib.
Cebhe.info