Minlərlə miqrant Rusiyaya buraxılmadı

Minlərlə miqrant Rusiyaya buraxılmadı

2023-cü ilin əvvəlindən Rusiya Daxili İşlər Nazirliyinin Miqrasiya Məsələləri üzrə Baş İdarəsinin mütəxəssisləri 5 mindən çox xarici vətəndaşa ölkəyə daxil olmaq üçün dəvətnamə verməkdən imtina ediblər.  

Bu da 2022-ci illə müqayisədə 90% çoxdur.

“Cebhe.info” bu barədə “İnterfaks”-a istinadən xəbər verir.

“Rusiya Daxili İşlər Nazirliyinin qanunsuz miqrasiya kanallarının qarşısını almaq üçün həyata keçirdiyi tədbirlər nəticəsində  daxil olmaq üçün dəvətnamələrin verilməsi üzrə dövlət xidmətinin göstərilməsindən imtina hallarının artması davam edir ”, - deyə Miqrasiya Baş İdarəsinin 2023-cü ilin yanvar-oktyabr ayları üzrə bölmənin fəaliyyətinin yekunlarına dair analitik hesabatında deyilir.

Verilmiş dəvətlərin sayı 2022-ci ilin eyni dövrü səviyyəsində qalıb- 234,4 min; +0,3%.

Miqrasiya və Miqrasiya Baş İdarəsi Rusiyaya işləmək üçün viza ilə gələn miqrantların sayında təxminən 60 faiz artım qeydə alıb.

İlin əvvəlindən əcnəbilərə verilən müvəqqəti yaşamaq icazəsi (-53,7%; 71,9 min) və yaşamaq icazəsi (-12,1%; 227,6 min ədəd) azalıb. Eyni zamanda, əcnəbilərə 30% çox iş icazəsi (80,7 min) verilib.

İlin əvvəlindən 70 minə yaxın xarici vətəndaş Rusiyadan çıxarılıb, daxili işlər orqanlarının qərarı ilə 138 min əcnəbi vətəndaşın ölkəyə buraxılmasına icazə verilməyib. Bu isə ötən illə müqayisədə 18,6% çoxdur.

Xəzər
“Cebhe.info”