MİT “boz bülleten”lə axtarılan PKK-çını öldürdü

MİT “boz bülleten”lə axtarılan PKK-çını öldürdü

Türkiyənin Milli Kəşfiyyat İdarəsi (MİT) daha bir uğurlu əməliyyat keçirib. 

“Cebheinfo.az” xəbər verir ki, MİT Suriyada daha bir terrorçunu zərərsizləşdirib. Belə ki, boz bülletenlə axtarışda olan “Jinda Gundikramo” kod adlı Hezal Belge əməliyyat nəticəsində öldürülüb.

O, uzun illərdir PKK/YPG terror qruplaşması içərisində fəaliyyət göstərirdi. Terrorçu Suriyada insanları PKK-ya qatılmaları üçün çalışamalar aparırdı. Hezal Belgeni Türkiyədə bomba partlatmağı plandığı üçün MİT tərəfindən axtarışa verilib. Suriyanın Amude bölgəsində keçirilən əməliyyatla onun zərərsizləşdiyi bildirilib.
 
Elmir 
“Cebheinfo.az”