Moskvada qarın hündürlüyü 25 sm-ə çatıb

Moskvada qarın hündürlüyü 25 sm-ə çatıb

Rusiya paytaxtında qarın hündürlüyü 25 santimetrə çatıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, hidrometeoroloqlar bunun normadan 3-4 dəfə çox olduğunu bildiriblər.

Rusiya Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand noyabr ayının sonu üçün yağıntının miqdarının normadan dəfələrlə çox olduğunu söyləyib.

Onun sözlərinə görə, adətən noyabrın sonunda qarın hündürlüyü 6 santimetr olur. Vilfand qeyd edib ki, Moskvada noyabrın sonu üçün rekord hündürlük 1952-ci ildə qeydə alınıb ki, VDNX stansiyasında bu göstərici 22 santimetr olub.

Cebhe.info