Mozambikdə qayıq batdı - 8 ölü

Mozambikdə qayıq batdı - 8 ölü

Mozambikdə əlverişsiz hava şəraiti və həddindən artıq yüklənmə səbəbindən qayığın batması nəticəsində eyni ailədən 8 nəfər həyatını itirib.

"Cebhe.info" Mozambikin milli fəlakət agentliyinə istinadə xəbər verir ki, ölkənin mərkəzi bölgəsindəki Zambezi çayında əlverişsiz hava şəraiti və həddindən artıq yüklənmə səbəbindən bir qayıq batıb.

Hadisə zamanı eyni ailədən olan 8 nəfər həyatını itirib.

Xatırladaq ki, Mozambikdə aprelin 8-də də bir bərənin batması nəticəsində uşaqlar da daxil olmaqla 90-dan çox adam həlak olmuşdu.

Nigar Hacılı 
"Cebhe.info"