Mozambikdə vəba epidemiyası sürətlə yayılmaqdadır

Mozambikdə vəba epidemiyası sürətlə yayılmaqdadır

Mozambikdə başlayan vəba epidemiyasında son iki həftədə 1100 yeni yoluxma halı aşkarlanıb.

“Cebhe.info” xəbər verir ki, bu barədə Mozambik Səhiyyə Nazirliyi məlumat yayıb.

Mozambikin şimalında baş verən epidemiyada son iki həftədə 1100 nəfərin vəbaya yoluxduğu, 2 nəfərin isə epidemiya səbəbindən öldüyü bildirilib.

Digər tərəfdən, ölkənin şimalındakı bir çox bölgədə epidemiya riskinin olduğu vurğulanıb.

Xatırladaq ki, Mozambikdə 2022-ci ilin sentyabrında başlayan vəba epidemiyası səbəbindən indiyədək 153 nəfər ölüb, 40 mindən çox insan yoluxub.

Nigar Hacılı 
“Cebhe.info”