Müəllimlərə silah daşımağa icazə veriləcək

Müəllimlərə silah daşımağa icazə veriləcək

 ABŞ-nin Tennessi ştatında dövlət məktəblərindəki bəzi müəllim və işçilərə gözə dəyməz şəkildə silah gəzdirməyə icazə verən qanun layihəsi təsdiqlənib.

"Cebhe.info" xəbər verir ki, Respublikaçıların çoxluq təşkil etdiyi Tennessi Nümayəndələr Palatasında keçirilən səsvermədə qanun layihəsi 68 “hə” və 28 “xeyr” səsi ilə qəbul edilib.

Qeyd edək ki, Tennessi Senatında təsdiq edilmiş qanun layihəsinin qanuna çevrilməsi üçün ştatın qubernatoru Bill Linin imzası tələb olunur.

Qanun layihəsi qanuniləşərsə, dövlət məktəblərində bəzi müəllim və işçilərə gizli silah gəzdirməyə icazə veriləcək.  Lakin bunun üçün heyətdə silah gəzdirmək icazəsi, həmçinin məktəb direktorunun və yerli hüquq-mühafizə orqanlarının yazılı icazəsi olmalıdır.

Polis və məktəb rəhbərlərindən başqa valideyn və silah daşımayan  müəllimlərin məktəbdə kimin silah olduğunu öyrənməsi qadağan ediləcək.

Nigar Hacılı 
"Cebhe.info"