Müharibə, yoxsa danışıqlar? - SORĞU
Ukraynalıların 44 faizi hökumətlərinin Rusiya ilə danışıqlar masası arxasında kompromis həll yolu axtarmalı olduğuna inansa da, demək olar ki, yarısı Kiyevin danışıqlardan imtina etməli və müharibəni davam etdirməli olduğuna inanır.
“Cebhe.info” xəbər verir ki, bu barədə nüfuzlu beynəlxalq reytinq agentliyi “Fitch Ratings” keçirdiyi sorğunun nəticələrini elan edib.
Bildirilir ki, ukraynalıların 44 %-i digər ölkələrin iştirakı ilə danışıqlar yolu ilə həllin tərəfdarıdır, 48%-i isə müharibənin “torpaqlar azad olunana qədər” davam etməli olduğunu düşünür.
Müharibəni danışıqlar yolu ilə həlli rədd edənlərin əksəriyyətinin 36-50 yaş arasında olduğunu və onların 50 %-nin ölkənin qərbində yaşadığını qeyd edib.
Bunun əksinə olaraq, danışıqlar yolu ilə həll yolunu dəstəkləyənlərin 45 %-i 18-35 yaş qrupuna aiddir və onların 51%-i Ukraynanın şərqində yaşayır.
Nigar Hacılı
Cebhe.info