Mühasirəyə alınmış Qəzzada insani durum necədir?

Mühasirəyə alınmış Qəzzada insani durum necədir?

“İsrailin intensiv hücumlarına məruz qalan Qəzza zolağının mərkəzi və cənub hissələrində mülki əhali arasında itkilər artır”.

"Cebhe.info" xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Ərzaq Proqramının (ÜƏP) direktor müavini Karl Skau BMT-nin Baş Qərargahında keçirilən mətbuat konfransında Qəzzadak vəziyyət ilə bağlı qiymətləndirmələr edib.

Karl Skau bildirib ki, İsrailin intensiv hücumları səbəbindən Qəzzaya lazım olan ərzaq yardımları çatdırılmır:

“Qəzzanın mərkəzi və cənub hissəsində toqquşmalar gücləndiyi üçün mülki əhali arasında itkilər artır. “Rafah” nəzarət-buraxılış məntəqəsi isə mayın 7-dən etibarən bağlıdır. Məhz Qəzza zolağının İsraildən başqa xarici dünyaya açılan yeganə sərhəd qapısı olan “Rafah” nəzarət-buraxılış məntəqəsinin bağlanması qida qıtlığı ilə üzləşən Qəzzaya humanitar yardım axınına əhəmiyyətli dərəcədə təsir edir.

Nigar Hacılı 
"Cebhe.info"