NATO Ermənistan ordusu üçün təlim keçdi - FOTO

NATO Ermənistan ordusu üçün təlim keçdi - FOTO

Ermənistan Müdafiə Nazirliyinin Vazgen Sarkisyan adına Hərbi Akademiyasında NATO-nun əməliyyatların planlaşdırılması üzrə ekspertləri təlim keçirib.

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, təlimdə Ermənistan Silahlı Qüvvələrinin müxtəlif bölmələrinin hərbçilərinin iştirak etdiyi bildirilib.

Sözügedən təlimlər mayın 13-dən 17-dək davam edib.

Qeyd olunub ki, iştirakçılar həm əməliyyat, həm də digər funksional səviyyələrdə müxtəlif mərhələlərdə əməliyyatların planlaşdırılması prosesi ilə tanış olublar.

"Cebhe.info"