NATO rəsmisi: "Alyans 15 ildir Rusiya ilə qarşıdurmaya hazırlaşır"

NATO rəsmisi: "Alyans 15 ildir Rusiya ilə qarşıdurmaya hazırlaşır"

“NATO getdikcə aqressivləşən Rusiya ilə qarşı-qarşıya gəlməyə hazırdır. NATO Ukraynadakı müharibə başlamazdan 14 il əvvəldən Rusiya ilə qarşıdurmaya hazırlaşır".

Cebhe.info xəbər verir ki, bunu Alyansın Hərbi Komitəsinin rəhbəri, admiral Rob Bauer deyib.

“Bizim Rusiyaya qarşı hərbi planlarımız 4,5 min səhifəyə çatır”, - o bildirib.

R.Bauer, həmçinin, 2008-ci ildə baş vermiş Rusiya - Gürcüstan müharibəsini, 2014-cü ildəki Rusiya - Ukrayna müharibəsini xatırladıb:

“15 ildən artıq NATO ilə Rusiya arasında tərəfdaşlıq olub. Sonra isə hər şey dəyişib”.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən ilin fevral ayında başlayıb.

Cebhe.info